Günün qoroskopu: Qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə gedin


Digərləri 07 Dek 2021 00:01:00 207 0

Günün qoroskopu: Qarşınıza qoyduğunuz məqsədə doğru qətiyyətlə gedin

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Son.az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope" və "Astrology"yə istinadən bu günün qoroskopunu təqdim edir.

Qoç - işdə situasiya asan olmasa da, pozitiv təmayüllər tədricən güclənir. Rəhbərliklə ciddi məsələləri müzakirə etmək, tərəfdaş və ya şəriklə situasiyanı nəzərdən keçirmək gərəkdir. Tələskənliyə yol verməyin, tamahkar olmayın.  

Maliyyə məsələlərindəki durum yaxşı deyil. Situasiyanı şübhəli anlaşma, razılaşma və ya avantüralar vasitəsilə düzəltməyə çalışmayın. Daha əlverişli şəraiti gözləyin.

Şəxsi münasibətlər sahəsində durum yaxşıdır. Qarşılıqlı anlaşma, təmənnasız dəstək zamanıdır.

Romantik münasibətlər ciddiləşir. Sizi nə məhdudiyyətlər, nə yeni öhdəliklər saxlaya bilməz.

Buğa - özünüzü qoruyun, səhhətinizə fikir verin. Nasazlıq, soyuqdəymə, zökəm, xroniki ağrıların kəskinləşməsi ehtimalı var. Səfərdəsinizsə, yaxşı bələd olmadığınız marşrutla hərəkət edirsinizsə, xüsusilə ehtiyatlı olun.

Mənfi təmayüllərin təsiri altında olan daha bir yaşam sahəniz maliyyədir. Düşünülməmiş, gərəksiz xərclərə yol verməyin. Başqalarına imkan verməyin ki, pullarınıza ağalıq etsinlər.

Günün ikinci yarısı uğurlu, əlverişli vaxtdır. Peşəkar irəliləyişə nail olacaqsınız. Yeni layihə ilə bağlı işlərə başlayın. Şəxsi münasibətlərdə ciddi problemlər olmayacaq. İstənilən çətin vəziyyətdən çıxış yolu var.

Əkizlər - işgüzar münasibətlər həddən artıq ehtiyatlı davranış tələb edir. Mənfi təsir altına düşməyin, yerinə yetirə bilməyəcəyiniz vədlər verməyin. Belə çətin situasiyada düşünülməmiş addımlar yolverilməzdir. Şirin vədlər verən, yaxşı tanımadığınız insana inanmağınıza az qalanda bu sözləri unutmayın. Müstəqil iş əhəmiyyətli nailiyyətlər vəd edir.  

Yaradıcı peşə sahibləri istedad və bacarıqlarını tam izhar etməyə imkan verən təklif ala bilərlər.

Ailədəki münasibətlər normallaşır, ümumi problemi həll etmək üçün birləşmə imkanı yaranır.

Uzaqda yaşayan qohumlarla münasibətlərdə çətinliklər var. Qarşılıqlı anlaşma əldə etmək gərəkdir.

Sevdiyiniz insanla fikir ayrılığı var. Problemin ciddi münaqişəyə çevrilməsinə yol verməyin.

Xərçəng - uğurlu, harmonik və irəliləyişlər vəd edən gündür. İşdə əhəmiyyətli uğura nail ola bilərsiniz. Rəqibləri üstələmək, qarşınıza qoyduğunuz məqsədə doğru ciddi addımlar atmaq, önəmli və perspektiv layihədə təkana nail olmaq üçün səbrli, soyuqqanlı olun.  

Həmkarlar və rəhbərliklə fikir ayrılıqları istisna deyil. Mövqeyinizi, baxışlarınızı müdafiə edin. Yaxın ətrafınızdakı insanları da öz tərəfinizə çəkin.

Günün ikinci yarısında romantik münasibətlər sürətlə inkişaf edlir. Yüngül macəranı ciddi hisslər əvəzləyir.

Amma unutmayın ki, izafi etibar, sadəlövhlük kimsəyə xeyir verməyib.

Hətta ən romantik situasiyada soyuqqanlı, təmkinli olun.

Şir - qarışıq, narahat, xoşagəlməz sürprizlərsiz keçməyəcəyi bir gündür. Əmlakınızı sərt nəzarətdə saxlayın. Nəqliyyat vasitələri və önəmli saydığınız əşyalara diqqətlə yanaşın. Bahalı təmir tələb edəcək nasazlıq istisna deyil. Gəlir olacaq. Amma məbləğ istədiyiniz qədər deyil.  

Yaşlı qohumlarınızla münasibətlərdə sərinləşməyə yol verməyin. Köhnə problemlər həllini tələb edir, səhvlər gündəmə gəlir.

Səbrli olun, belə situasiyada yalnız gözləmək qalır. Situasiyanın yaxşılığa doğru dəyişəcəyi vaxta az qalıb.

Əsl uğur onda olacaq.

Qız - çox mürəkkəb, qarışıq və narahat gündür. Peşəkar fəaliyyət müstəvisində situasiya əlverişlidir. Karyera pilləkəni ilə yüksələrək rəqibləriniz üzərində şəksiz qələbəyə nail ola bilərsiniz. Rəhbərlik və ya nüfuzlu şəxslərin dəstəyinə bel bağlamayın. Aktual məsələləri müstəqil həll edin. Maliyyə çətinlikləri əhəmiyyətli ola bilər.  

Ailəlisinizsə, xərclər daha da artacaq.

Yeni romantik macəra həyatınızdakı yeniliklər barədə ciddi düşünməyə vadar edir. Lakin əvvəllər boynunuza aldığınız öhdəliklər maraqlı ideyaları reallaşdırmağa mane ola bilər.  

Niyyət və gözləntilərinizin hamısının reallaşmayacağı ilə barışın. Amma sizə maraqlı gəlməyən planları birdəfəlik unutmağa dəyməz.

Tərəzi - yeniliklər və dəyişikliklər zamanıdır. Dünyagörüşünüzü artırın, yaşlı həmkarların və iş yoldaşlarınızın təcrübəsindən yararlanın. Sizi yeni işlər və öhdəliklər gözləyir. Müxtəlif informasiyalardan, əldə edilmiş məlumatlardan yararlanın.  

Səhvlər istisna deyil. Özünüzə həddən ziyadə əmin olsanız, məsləhətlərə qulaq asmasınız və ənənələri pozsanız, ciddi səhvlərə yol verə bilərsiniz.

İntuisiyanıza, içgüdünüzə güvənin.  

Maliyyə məsələlərində həddən ziyadə ehtiyatlı olun. Xərcləri azaldın, bahalı səfər və ya əyləncədən imtina edin, bahalı istirahəti unudun. Yoxsa böyük məbləğdə pul itirə bilərsiniz.

Yaşlı qohumlarınız məsləhət və tənqidləri azaltmırlar.