"SAXO Bank"dan 2022ci üçün şok proqnoz


Digərləri 06 Dek 2021 22:20:00 194 0

"SAXO Bank"dan 2022ci üçün şok proqnoz

Dünyada məşhur Saxo Bankı növbəti il üçün 10 maliyyə proqnozu dərc edib.

Bu proqnozlar az ehtimal olunan və çoxlarının qiymətləndirmədiyi məqamlardır, hansı ki, dünya maliyyə bazarını sunami kimi vuracaq.

Son.az xəbər verir ki, investisiyalar departamentinin rəhbəri Stin Yakobsen 2022-ci ilin əsas mövzusunun inqilablar olacağını bildirib.

"Bir çoxları inqilab deyəndə üsyan, Fransa inqilabı, hökumət devrilməsi başa düşür. Amma bank və iqtisadiyyat sahəsində bu belə deyil.

Hazırda dünya iqtisadiyyatında qeyri-bərabərlik çoxalıb, bu da gərginliyi artırır. Pandemiya gərginliyi pik həddə çatdırıb. Bu inqilab düşüncədə dəyişiklik, keçmiş paradiqmlərdən, yanaşmalardan imtinadır".

İnsanlara bəzi sahələrdə hökumətdən və asılılıqdan azad olmaq lazımdır. Maliyyə bazarlarında sərt pul-kredit siyasəti və mənəvi risklər bankla insalar arasında uçurum yaradır.

Qlobal xarakterli partlayışlardan biri soyuq müharibə və kosmik ötmələr dalğası olacaq.

Hipersəsli raket son sınaq dövründədir. 2022-ci ildə böyük hərbi qüvvələr səssiz raketlər hiper raketlər uğrunda yarışa çıxacaq. Heç bir ölkə bu bəhsə-bəhsdə geridə qalmaq istəməyəcək. Çünki təhlükəsizliyi üçün narahatdır - deyə məruzədə yazılıb.

Saxo Bank xatırladır ki, 2021-ci ildə Çin ilk dəfə hipersəs aparatını sınaqdan keçirib, bu cihaz aşağı orbitə çıxıb, sonra atmosferə keçir və hədəfə doğru uçur.