Ekoloji məktəb FOTO


Digərləri 06 Dek 2021 21:50:00 312 0

Ekoloji məktəb  FOTO

Danimarkanın "CF Moller" arxitektura bürosu tərəfindən layihələndirilən Kopenhagen Beynəlxalq Məktəbinin fasadı günəş panelləri ilə örtülüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, məktəb ümumilikdə 12 min günəş panelinə malik olmaqla binanın istehlak etdiyi bütün elektrik enerjisinin yarısını istehsal edir.

Məktəb hər yaşda olan 1200 şagird üçün nəzərdə tutulub. Binada xüsusi tamaşa otaqları, damında isə oyun meydançası fəaliyyət göstərir. Fasilələr zamanı uşaqlar dənizə çıxıb suda əks olunan şimal günəşini seyr edə bilərlər.

Məktəb dünyanın ən enerji effektiv -ekoloji təhsil müəssisələrindən biri hesab olunur.