“Azərişığ”ın mühəndisi iş vaxtı qəflətən öldü


Digərləri 06 Dek 2021 20:36:00 90 0

“Azərişığ”ın mühəndisi iş vaxtı qəflətən öldü

Lənkəran rayonunda elektrik mühəndisi çalışdığı idarədə ölüb.

Son.az report-a istinadən xəbər verir ki, hadisə bu gün səhər saatlarında "Azərişıq" ASC-nin "Cənub" Regional Enerji Təchizatı və Satışı İdarəsində (RETSİ) qeydə alınıb.

Belə ki, RETSİ-də mühəndisi vəzifəsində çalışan 1958-ci il təvəllüdlü Ağakişi Cahangir oğlu Xankişiyev qəflətən ölüb.

Onun insult keçirdiyi ehtimal olunur.

Meyit müayinə olunmaq üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran Şöbəsinə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.