Yük maşını 15 avtomobilə çırpılıb


Dünya 06 Dek 2021 08:43:00 131 0

Yük maşını 15 avtomobilə çırpılıb

Meksikanın Koauila ştatında qoşqulu traktor 15 avtomobilin üzərinə çırpılıb.

Trend-in məlumatına görə, ölkənin Milli Qvardiyası öz "Twitter" səhifəsində bildirib.

Məlumata əsasən, hadisə Mateuala-Saltilyo magistral yolunda baş verib. Ən azı 5 nəfər ölüb, daha 15 nəfər yaralanıb.

Hadisə yerinə bir neçə həkim və xilasedici briqadası gəlib. Magistral yolda nəqliyyatın hərəkəti bağlanıb.