Bakıda gənc yol qəzasında ağır xəsarət alıb


Digərləri 02 Dek 2021 08:47:00 159 0

Bakıda gənc yol qəzasında ağır xəsarət alıb

Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Son.az "Report"a istinadən bildirir ki, hadisə Nəsimi rayonunda qeydə alınıb.

Belə ki, 1994-cü il təvəllüdlü Nəcəfov Azər Sabir oğlu yolu keçmək istəyərkən avtomobil onu vurub.

Yaralı təcili tibbi yardımın köməkliyilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona sol topuq və bud çanaq oynağının əzilməsi diaqnozu qoyulub. Fakt araşdırılır.