Türkiyədə son sutkada koronavirusdan 24 113 nəfər sağalıb


Dünya 01 Dek 2021 21:30:00 171 0

Türkiyədə son sutkada koronavirusdan 24 113 nəfər sağalıb

Türkiyədə son 24 saat ərzində yeni növ koronavirusdan (COVİD-19) daha 196 nəfər vəfat edib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirus infeksiyasının müəyyən edilməsi ilə əlaqədar 355 252 nəfər test edilib, 22 556 yeni yoluxma halı qeydə alınıb.

Qeyd edilib ki, ötən gün koronavirusdan 24 113 nəfər sağalıb.