ARB açıqlama yaydı


Şou-biznes 01 Dek 2021 20:00:00 219 0

ARB açıqlama yaydı

"ARB Media Qrup" sosial şəbəkədə tənqid edilən "Həmin Zaur" verilişi ilə bağlı açıqlama yayıb.

Son.az xəbər verir ki, kanalın mətbuat katibi Mail Əsgərov bildirib ki, ARB televiziyası ötən gün baş verən "Qaraheybət" faciəsinin rəsmi xəbəri yayılan kimi, əyləncəli verilişlərinin kontentində köklü dəyişikliklər edib. Belə ki, verilişlərdə şou və əyləncə ləğv edilərək, vətənpərvər musiqi və muğamla əvəz edilib.  Buna baxmayaraq, sosial şəbəkələrdə ARB televiziyasına qarşı qara piar xarakteri daşıyan kampaniyalar aparılıb. Həmin gün kanalın efirini izləməyən insanları çaşdıraraq, guya əyləncə və şou verilişlərinin yayımının aparıldığı iddia olunub.

Vətən müharibəsindən əvvəl və sonra da daim şəhidlər və qazilərlə bağlı mövzulara həssas yanaşmağımız tamaşaçılarımıza məlumdur. "ARB Media Qrup" təkcə bu il ərzində şəhid və qazilərimizin qəhrəmanlıqlarına 510 süjet, film və mütəmadi olaraq bir sıra verilişlər həsr edib. Bu ənənəmiz fəaliyyətdə olduğumuz müddətdə davam edəcək.