RusiyaAzərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı proqram hazırlanır Zaxarova


Dünya 01 Dek 2021 20:12:00 171 0

RusiyaAzərbaycan diplomatik münasibətlərinin 30 illiyi ilə bağlı proqram hazırlanır  Zaxarova

Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin 30 illik yubileyinin qeyd olunması proqramı hazırlanır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.

"Hazırda həm rəsmi, həm də mədəni-humanitar hissə üzrə tədbirlər planının razılaşdırılması aparılır. Ümid edirəm ki, yaxın zamanlarda biz müvafiq məlumatları verəcəyik", - deyə M.Zaxarova bildirib.

Rusiya XİN rəsmisi əlavə edib ki, Rusiya gələn il bir sıra ölkələrlə diplomatik münasibətlərin ildönümünü qeyd edəcək və hazırda bununla bağlı proqramlar hazırlanır.