Bu gun saxlanılanalar arasında qadın və azyaşlı yoxdur


Digərləri 01 Dek 2021 19:26:00 156 0

Bu gun saxlanılanalar arasında qadın və azyaşlı yoxdur

Bu gün Bakı şəhərinin mərkəzində razılaşdırılmayan aksiyada saxlanılanalar arasında qadın və azyaşlı yoxdur.

Bu barədə mətbuatın sorğusuna cavab olaraq DİN Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev bildirib ki, saxlanılan şəxslərin bir qisminə xəbərdarlıq edirlərək sərbəst buraxılıb, digərləri barəsində araşdırmalar davam etdirilir.

Tofiq Yaqubluya isə polis tərəfindən xəsarət yetirilməsi ilə bağlı iddialara cavab olaraq şöbə rəisi əlavə edib ki, onun bölmədə döyülməsi, xüsusi təzyiqə məruz qalması ilə bağlı iddialar əsassızdır. Amma bütün bunlara baxmayaraq, qeyd olunan iddialar müvafiq qaydada araşdırılacaq.