Braziliyada "omikron" ştammının ilk halları təsdiqlənib


Dünya 01 Dek 2021 08:49:00 158 0

Braziliyada "omikron" ştammının ilk halları təsdiqlənib

Braziliyanın San-Paulu ştatının Səhiyyə Nazirliyi ölkədə COVID-19-un yeni "omikron" ştammı ilə iki yoluxma halının aşkarlanması ilə bağlı məlumatı təsdiqləyib.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ştat hökümətinin saytında bildirilib.

Qeyd olunub ki, yeni ştamm noyabrın 23-də Cənubi Afrikadan Braziliyaya gələn 41 yaşlı kişi və 37 yaşlı qadında təsdiqlənib.

Beləliklə, Braziliya dünyada COVID-19-un yeni ştamının aşkar edildiyini bildirən 20-ci ölkə oldu.