F35 gəmidən havaya qalxarkən dənizə düşdü


Dünya 30 Noy 2021 16:24:00 142 0

F35 gəmidən havaya qalxarkən dənizə düşdü

Böyük Britaniyaya məxsus F-35B qırıcı təyyarəsi havaya qalxmağa hazırlaşarkən gəmidən dənizə düşüb.

Son.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə britaniyalı jurnalist Seb Haqqart Tvitter hesabında görüntülər paylaşıb. Belə ki, noyabrın 17-də "Kraliça Yelizaveta" təyyarədaşıyan gəmisindən havaya qalxmağa çalışan F-35B qırıcısı dənizə düşüb, pilot yüngül xəsarət alıb.

Qəzaya səbəb uçuş zamanı mühərrikdəki ştepsel olub, çünki ekipaj qırıcını uçuşa hazırlayarkən ştepselləri çıxartmayıb.