Şövqi İsmayılzadə: Suqovuşan döyüşləri zamanı şəhid oldu


Digərləri 30 Noy 2021 14:30:00 114 0

Şövqi İsmayılzadə: Suqovuşan döyüşləri zamanı şəhid oldu

Sizə daha bir qəhrəmanımızı tanıdacağıq. Şövqi İsmayılzadə Suqovuşan istiqamətində düşmənin canlı qüvvəsinin və texnikasının  məhv edilməsində xüsusi rolu olub. Şövqi şəhadətə ucalmasından sonra 2 medalla təltif edilib.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, Şövqi İsmayılzadə 1996-cı il fevralın 23-də Bərdə rayonunun Bəcirəvan kəndində anadan olub.

Azərbaycan Ordusunun əsgəri olan Şövqi Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib və ötən ilin oktyabr ayının 8-də Suqovuşan uğrunda gedən döyüşlərdə şəhid olub.

Bir ana kimi övlad itirməyin acısını yaşayan Hicran Süleymanova torpaqlarımızın azad edilməsinə sevindiyini deyir. O, oğlunun qəhrəmanlıqları ilə fəxr edir.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Şövqi İsmayılzadə şəhadətindən sonra "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif edilib.