Ləkərçayın ekoloji problemi


Digərləri 30 Noy 2021 13:12:00 137 0

Ləkərçayın ekoloji problemi

Lerik Piran kənd sakini Qalib Kərimov yaşadığı ərazidən keçən Ləkəçayın ekoloji təhlükə ilə üz-üzə qaldığını bildirən videonu qaynar nömrəmizə göndərib. Həmin video günün müxtəlif saatlarında çay sahilində çəkilib. Görüntülərdən çay yatağının ağır texnika ilə qazıldığı açıq-aşkar görünür. Video müəllifi bu halın uzun müddətdir davam etdiyini, çay yatağı ətrafında böyük bir yarğan açıldığını bildirir.

Son.az xəbər verir ki, Real TV də sözügedən görüntü ilə bağlı Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə əlaqə saxlayıb. Əlimizdə olan görüntüləri qurumun mətbuat xidmətinə çatdırdıq. Oradan bizə bildirildi ki həmin görüntülər ətrafında araşdırma başlanılıb. Araşdırmanın nəticəsini tezliklə sizə çatdıracağıq.