Bakıda ahıl qadını avtomobil vurub


Digərləri 30 Noy 2021 08:07:00 152 0

Bakıda ahıl qadını avtomobil vurub

Paytaxtın Suraxanı rayonunda yol nəqliyyatı hadisəsi zamanı bir nəfər xəsarət alıb.

Son.az APA-ya istinadən xəbər verir ki, qəza Qaraçuxur qəsəbəsində baş verib. 1949-cu il təvəllüdlü Diləmova Tamara Tanrıverdi qızı yolu keçərkən onu minik avtomobili vurub. Yaralı ağır vəxiyyətdə xəstəxanaya çatdırılıb. Faktı Suraxanı Rayon Polis İdarəsi araşdırır.