Qıtığotu kökü + bal =


Digərləri 30 Noy 2021 01:02:00 170 0

Qıtığotu kökü + bal =

Qıtığotu kökü güclü bakteriya, viris, infeksiya əleyhinə təsirə malikdir.

Qıtığotu kökü C vitamini ilə olduqca zəngindir. Həmçinin onun tərkibində fitonsid maddələri, lizosim var ki, bu maddələr ziyanlı mikrobları öldürür. Məhz fitonsidlər qıtığotu kökünə xüsusi qoxu verir.

Qıtığotu kökü qədim zamanlarda müalicəvi vasitəsi kimi istifadə olunurdu. Keçmişdə qıtığotu kökünün köməyi ilə bir çox xəstəlikləri - müxtəlif iltihablar, sidik kisəsi xəstəlikləri, podaqra, revmatizm, radikulit, oynaq xəstəlikləri və s. - müalicə edirdilər.

Həmçinin qıtığotu kökündən həm keçmişdə, həm də indi çox dadlı və faydalı sous hazırlayırlar. Bu sous ət xörəklərində istifadə olunur. Sous iştahanı artırır, həzm traktına iltihabəleyhinə təsir edir.

Müasir zamanlarda da bu bitki müalicəvi vasitə kimi istifadə olunur. Radikulit, oynaq xəstəlikləri zamanı qıtığotu kökü sürtgəcdən keçirilir, pambıq əskiyə çəkilir və ağrıyan nahiyəyə qoyulur. Bu vasitə ağrıları və iltihabı azaldır.

Qıtığotu kökü soyuqdəymə xəstəlikləri zamanı və həmçinin bu xəstəliklərin profilaktikası məqsədi ilə istifadə olunur və çox yaxşı effekt verir.

Belə hesab olunur ki, bu bitkinin güclü xərçəng əleyhinə təsiri var.