Bakı "Global Health Awards"a ev sahibliyi etdi FOTO


Digərləri 29 Noy 2021 16:56:00 120 0

Bakı "Global Health Awards"a ev sahibliyi etdi  FOTO

Tibb və sağlamlıq sahələrinin tanınmış simalarının iştirak etdiyi "Global Health Awards" layihəsinin qala gecəsi keçirilib.  Fairmont Baku otelində baş tutan tədbir ilk dəfə paytaxtımızda təşkil olunduğundan layihəyə böyük maraq və xüsusi rəğbət var idi. 

Tədbirdə tibb və sağlamlıq sektorunun həm yerli, həm qardaş Türkiyənin, həm də xarici ölkələrdən olan peşəkar həkimləri, eləcə də bu sektorun nüfuzlu markaları iştirak etdilər. Layihənin əsas məqsədi peşəkar həkimləri və tibb şirkətlərini ictimaiyyətə daha da yaxından tanıtmaq, onların fəaliyyətini qiymətləndirmək və motivasiya verməkdir.

"Global Health Awards" layihəsinin proqramına əsasən ilk olaraq sammit keçirilib. Qala gecənin spikerləri Afrika Sağlamlıq Federasiyasının idarə heyətinin sədri Dr. Mohamed El Sahili, Türkiyənin tanınmış və geniş oxucu auditoriyasına sahib olan "BossLife" jurnalının rəhbəri Anıl Taşdemir oldu.  Qeyd edək ki, tədbirdə Türkiyə, Rusiya, Gürcüstan, Avropa, yaxın şərq və Afrikanın böyük tibb mərkəzlərinin rəsmi nümayəndələri qatılıblar.

İnformasiya dəstəyi -  Trend.az, Day.az, Son.az, Azernews.az