Aktyor pərəstişkarına öz avtomobilini bağışladı


Şou-biznes 26 Noy 2021 16:00:00 157 0

Aktyor pərəstişkarına öz avtomobilini bağışladı

Hollivud ulduzu Dueyn Conson pərəstişkarlarından birinə özəl jest edib.

Son.az axşam.az-a istinadən xəbər verir ki, aktyor Oskar Rodrigez adlı şəxsə pikap tipli avtomobilini hədiyyə verib və onu rol aldığı "Red notice" filminin xüsusi nümayişinə dəvət edib.

Conson həmin anları sosial media hesabında paylaşaraq "Bu gün gözəl gündür. Yeni ilin mübarək, Oskar Rodrigez, yeni avtomobilinin dadını çıxar".

O, qeyd edib ki, əslində sözügedən filmdəki "Porsche Taycan"ı ona hədiyyə etmək istəsə də şirkət bunu qəbul etməyib. Daha sonra aktyor ən yaxşısını edə biləcəyini deyərək, şəxsi maşınını ona verib.

Aktyor Oskarla bağlı araşdırma apardığını, onun 75 yaşlı anasına baxdığını, zorakılığının qurbanı olan qadınlara dəstək durduğunu və təvazökar dəniz veteranı olduğunu öyrəndikdən sonra bu addımı atıb.