Bu ölkədə liderin paltosundan geyinmək qadağan edildi


Digərləri 25 Noy 2021 20:54:00 122 0

Bu ölkədə liderin paltosundan geyinmək qadağan edildi

Şimali Koreyada adi vətəndaşlara ölkənin lideri Kim Çen Inın geyindiyi dəri palto geyinmək qadağan edilib.

Son.az lent.az-a istinadən xəbər verir ki, bu barədə ölkədəki vəziyyətdən xəbərdar olan mənbəyə istinadla məlumat yayılıb. 

Məlumata görə, dəri paltolar şimali koreyalılar arasında 2019-cu ildə dövlət başçısının oxşar geyimdə ictimaiyyət qarşısına çıxmasından sonra populyarlaşıb.

2021-ci ilin yanvarında Kim Çen Inın hərbi paradda bu geyimdə  görünməsindən sonra yenidən populyarlıq zirvəsinə çatıb.

Bundan əlavə, eyni zamanda, Koreya Xalq Demokratik Respublikasının bəzi digər yüksək rütbəli məmurlarının, o cümlədən Şimali Koreya lidernin bacısı Kim Yo Çjonun dəri palto geyindiyi görülüb, bununla əlaqədar olaraq, qadınlar arasında belə modellərə tələbat yaranmağa başlayıb.