Tovuzda itkin düşən aşığın meyiti tapıldı


Digərləri 25 Noy 2021 14:56:00 144 0

Tovuzda itkin düşən aşığın meyiti tapıldı

Noyabrın 20-də Tovuz rayonunda itkin düşən şəxsin meyiti tapılıb.

Son.az APA-ya istinadən bildirir ki, rayonun Əyyublu kənd sakini olan 67 yaşlı Qasımov Zahid İbrahim oğlunun meyiti Əsrik Cırdaxan kəndində çayda aşkarlanıb.

Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.

Qeyd edək ki, Zahid Qasımovun noyabrın 20-də evdən çıxdığı, bir daha geri qayıtmadığı bildirilib. Mərhumun Tovuzda tanınmış aşıq olduğu bildirilir.