Təhlükəli yeni ştam aşkarlanıb


Dünya 25 Noy 2021 07:55:00 176 0

Təhlükəli yeni ştam aşkarlanıb

Botsvana, Cənubi Afrika və Honq-Konqda 10 nəfərdə B.1.1.529 adlı yeni növ koronavirus ştammına yoluxma halı qeydə alınıb. Bu, COVİD-in ən təhlükəli variantı ola biləcəyi ehtimal edilir.

Son.az Trend-ə istinadən bildirir ki, yeni COVID-19 ştammında 32 mutasiya var ki, bunlardan bəziləri onun yüksək ötürücülüyünü və vaksinlərə qarşı müqavimətini göstərir.

London Universitet Kollecinin genetiki Fransua Ballou təxmin edib ki, yeni ştammın "delta" variantına nisbətən anticismlərə müqaviməti daha çox olacaq. B.1.1.529-da çoxsaylı mutasiyalar virusun immun çatışmazlığı olan xəstədə yarandığını göstərir.