“Paşinyan Somalinin Baş naziri olmağa da layiq deyil”


Dünya 24 Noy 2021 23:50:00 129 0

“Paşinyan Somalinin Baş naziri olmağa da layiq deyil”

"Dünən sınmış, tamamilə çıxılmaz vəziyyətdə olan, vəziyyətə nəzarəti tamamilə itirmiş, Somalinin baş naziri olmağa belə layiq olmayan bir insanın mətbuat konfransının şahidi olduq".

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, bunu mətbuat konfransında "Vətəndaş Şüuru" QHT-nin sədri Narek Samsonyan Nikol Paşinyanın onlayn mətbuat konfransı barədə danışarkən deyib.

Samsonyan qeyd edib ki, mətbuat konfransında onlarla müxalif media orqanının sualları verilməyib: "Bu isə o deməkdir ki, suallar Paşinyan tərəfindən verilib. Adam nə danışacağını bilmirdi, yaratdığı xaosda itib, heç nə edəcəyini bilmir, yazıq, yalançı satqındır".