Barbados hökuməti kraliça II Elizabeti dövlət başçısı vəzifəsindən uzaqlaşdıracaq


Dünya 24 Noy 2021 12:54:00 116 0

Barbados hökuməti kraliça II Elizabeti dövlət başçısı vəzifəsindən uzaqlaşdıracaq

Barbados hökuməti simvolik bir addım olaraq Kraliça II Elizabeti dövlət başçısı vəzifəsindən uzaqlaşdırmağı planlaşdırır.

Son.az Oxu.az-a istinadən xəbər verir ki, yerli siyasətçildər bunu ölkəni Böyük Britaniya ilə birləşdirən "göbək bağını kəsmək" kimi qiymətləndiriblər.

II Elizabetin vəzifəsindən rəsmi şəkildə uzaqlaşdırılması noyabrın 30-a gözlənilir.

Eyni zamanda Barbados general-qubernatoru Sandra Meyson ölkə prezidenti rütbəsi ilə rəsmi dövlət başçısı olacaq.

Barbados - Şərqi Karib dənizindəki Kiçik Antil adalarında yerləşən prezident respublikasıdır. Ölkə 1966-cı ildə Böyük Britaniyadan müstəqillik qazansa da, hələ də Britaniya Millətlər Birliyinin bir hissəsi olmağa davam edir.