Tahir İmanov: “Elə müğənnilər var ki, kirayədə qalır, amma kreditə bahalı maşın götürürlər”


Şou-biznes 23 Noy 2021 15:10:00 162 0

Tahir İmanov: “Elə müğənnilər var ki, kirayədə qalır, amma kreditə bahalı maşın götürürlər”

"Bunlar acınacaqlı, xoşagəlməyən hadisələrdir". Reklamı sevən insanlar olaraq "zerkalnı", qoşa nömrəli və yaxud eyni hərfli maşın, telefon nömrələrini çox sevirik. Bəzi imkansız insanlar da var ki, kredit götürüb bu cür nömrələrə sahib olmaq istəyirlər. Bəs görəsən bu "zerkalnı" sevdamız nədən qaynaqlanır? 

Son.az xəbər verir Moderator.az-a danışan Əməkdar artist Tahir İmanov bunun qaçılmaz olan bir gerçək olduğunu bildirib:

"Tövsiyə edir, məsləhət görərdim ki, insanlarımız kreditlərə baş qoşmasınlar. Çünki orada yaxşılıqdan başqa nə istəsən var. Bunların hamısı boş şeylərdir. Belə şeylərə önəm verib, qısa həyatınızı zəhər etməyin.  

"Zerkalnı" nömrələr və bu kimi dəb xəstəlikləri boş şeylərdir. Əsas məsələlər qalıb ortalıqda, bunlar nə axtarırlar. Biz əslində öz səhhətimizə baxmırıq. İlk növbədə özümüzə, əzizlərimizə, doğmalarımıza baxmalıyıq, amma...