Körpələrdə qəbizliyin təhlükəsi


Digərləri 23 Noy 2021 05:02:00 149 0

Körpələrdə qəbizliyin təhlükəsi

Bəzən analar körpələrdə doğulduğu andan və ya lap körpəlikdən ağır qəbizlik müşahidə edir.

Qəbizlik belə uşaqlarda günlərlə davam edir, ana daim imalələrdən istifadə etməli olur, uşaq yalnız imalənin köməyi ilə nəcis ifraz edir. Bu halda ana gözləməməlidir ki, pozulma özü-özündən keçəcək. Bu çox təhlükəli simptomdur. Bunun səbəbi Qirşprunq xəstəliyi ola bilər.

Əgər uşaq körpəlikdən qəbizlikdən əziyyət çəkirsə, onu mütləq uşaq qastroenteroloqu  müayinə etməlidir.

Qirşprunq xəstəliyi anadangəlmə xəstəlikdir. Bu xəstəlik zamanı yoğun bağırsağın bir hissəsində (və ya bütün yoğun bağırsaqda) sinir hüceyrələri olmur ki, nəticədə yoğun bağırsağın fəaliyyəti pozulur - bağırsaq boşalmır, nəcis burada günlərlə yığılır və qəbizlik əmələ gəlir. Bu halda qəbizlikdən yalnız imalənin köməyi ilə xilas olunmaq mümkündür. Nəcis kütləsinin bağırsaqda yığılması bağırsağın xeyli uzanmasına və enlənməsinə səbəb olur.

Xəstəlik əksər hallarda doğulan andan özünü büruzə verir. Xəstəliyin simptomları əksər hallarda uşaq doğulduqdan dərhal sonra meydana çıxır. Qirşprunq xəstəliyinin daha yüngül formalarında xəstəlik uşağın daha böyük yaşlarında aşkar oluna bilər. Oğlanlarda qızlarla müqayisədə bu xəstəliyə daha tez-tez rast gəlinir.

Qirşprunq xəstəliyi zamanı bağırsağın daha böyük və ya daha kiçik hissəsi zədələnə bilər ki, xəstəliyin simptomları daha ağır və ya daha yüngül olur. Uşaqlarda Qirşprunq xəstəliyinin ağır formalarında anadangəlmə bağırsaq keçilməzliyi olur.

Xəstəliyin ilkin simptomları:

- xroniki qəbizlik,

- köp,