Gözlərin rəngini dəyişən 10 qida məhsulu


Digərləri 23 Noy 2021 04:02:00 1655 0

Gözlərin rəngini dəyişən 10 qida məhsulu

Gözlər - sağlamlığın açarı və qəlbin aynasıdır.

Adətən gözlərin rəngi valideynlərin genləri ilə təyin olunur, lakin bu zaman da istisnalar vardır. Bu səbəbdən də uşağın gözlərinin rənginin necə olacağını doğulana qədər müəyyən etmək mümkün deyil. Ən maraqlısı da odur ki, hətta yetkin insanda belə gözlərin rəngini dəyişmək mümkündür və təkcə linzalar vasitəsilə deyil. Mütəxəssislərin fikrincə, sadə diyetik qida vərdişləri sayəsində gözlərin rəngi dəyişə bilər.

Gözün rəngini nə təyin edir?

Gözün qüzehli qişasının rəngi "melanin" piqmenti ilə təyin olunur. Uşaq böyüdükcə onun gözünün rənginin nisbətən dəyişdiyini görmək olar. Bu ona görə baş verir ki, qüzehli qişada melaninin konsentrasiyası dəyişir.

Gözün rəngi üç genin qarşılıqlı təsiri əsasında yaranır. Hazırda onlardan yalnız ikisi tədqiq edilib. Doğulacaq uşağın gözünün rəngini yalnız valideynlərinin gözlərinin qüzehli qişasının rəngi ilə əvvəldən müəyyənləşdirmək mümkün deyil. Genlər qarışanda ən gözlənilməz nəticə də ola bilər.

Lakin gözlərin rəngini böyüdükdən sonra da dəyişmək mümkündür. Buna nail olmaq üçün isə aşağıda qeyd edilən məhsulları qida rasionuna daxil etmək lazımdır:

1. Zəncəfil

Bu bitki müxtəlif iltihablanmaların aradan qaldırılmasında öz sehrli gücü ilə məşhurdur. Zəncəfil əhəmiyyətli dərəcədə əzələ ağrılarını və kimyaterapiyadan sonra ürəkbulanmasını azaldır. Həmçinin sübut olunub ki, zəncəfil astma əlamətlərini aradan qaldırır və dərman preparatlarından zədələnmiş qaraciyəri müalicə edir. Bütün bunlara əlavə olaraq zəncəfil gözlərin rənginə təsir edir, onları daha parlaq və ifadəli edir.

2. Ət

Ət sink və maqnezium kimi minerallarla zəngindir və bu minerallar da gözün qüzehli qişasının nəzərəçarpan dəyişikliklərinə səbəb olur. Ət məhsulları bədənimizi orqanizmdə bütüm proseslərin düzgün fəaliyyəti üçün lazım olan zülallarla təmin edir.

3. Qoz-fındıq

Əgər gözlərinizin rəngini dəyişmək istəyirsinizsə, o zaman qoz-fındıq rasionunuza daxil edəcəyiniz ilk məhsullardan biridir. Həmçinin nəzərə alın ki, bunlardan daha az kalorili olanı badamdır. Eyniz zamanda unutmayın ki, qızardılmış qoz-fındıqda yüksək temperatur səbəbilə bütün qida maddələri məhv olur.

4. Soğan

Soğandan müntəzəm istifadə gözün rənginin tədricən dəyişməsinə və dərinin yaxşılaşmasına imkan verir. Soğan gözün qüzehli qişasının və saçların sağlamlığına müsbət təsir göstərir. Həmçinin məlumdur ki, soğan depressiya əlamətlərini yüngülləşdirir, yuxusuzluqdam müalicə zamanı yardımçı olur və iştahın artmasını təmin edir.

5. Zeytun yağı