Kürdəmirdə nar istehsalçıları satdıqları məhsulun pulunu ala bilmirlər


Digərləri 23 Noy 2021 03:17:00 127 0

Kürdəmirdə nar istehsalçıları satdıqları məhsulun pulunu ala bilmirlər

Kürdəmir rayonunun Ərəbqubalı kəndində fərdi təsərrüfatlarında nar yetişdirən fermerlər satdıqları məhsulun pulunu ala bilmədiklərindən şikayət edirlər. Onlardan kimisi 3000, kimisi 4500, kimisi də 11 min manatlıq narın pulunu oktyabr ayının əvvəlindən etibarən satdıqları şəxsdən ala bilmədiklərini iddia edirlər.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, fermerlər ümumilikdə 15 nəfərə 53 min 520 manat zərər dəydiyini iddia edirlər.

Yalnız məhsulu satanlar deyil, qablaşdırma prosesində fəhlə kimi işləyən şəxslər də bu məsələdə zərərçəkmiş olduqlarını deyirlər.

Fəhlələrin sözlərinə görə, ümumilikdə 7000 manata qədər pul onlara ödənilməyib.

Məsələ ilə bağlı adı hallandırılan şəxslərdən biri, soyadını deməkdən imtina edən Əli adlı şəxslə telefon əlaqəsi saxladıq.

Məsələ ilə bağlı fermerlər rayon polis şöbəsinə müraciət ediblər.