Daha bir vəzifəli şəxs rüşvətə görə həbs edildi


Digərləri 22 Noy 2021 18:06:00 112 0

Daha bir vəzifəli şəxs rüşvətə görə həbs edildi

Azərbaycan Standartlaşdırma İnstitutunun vəzifəli şəxsi Rafiq Əzizovun barəsində cinayət işi başlanıb.

Son.az Trend-ə istinadən xəbər verir ki, R.Əzizov rüşvət almaqda ittiham edilərək həbs olunub. Onun barəsində Cinayət Məcəlləsinin 311.2-ci (rüşvət alma) maddəsi ilə cinayət işi başlanılıb.

R.Əzizov barəsində başlanan cinayət işinin istintaqı tamamlanıb və iş materialları Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib. Cinayət işi hakim Siyavuş Hacıyevin icratına verilib.