Bakıda atanın davasından uşaqları zərər çəkdi:


Digərləri 22 Noy 2021 12:58:00 170 0

Bakıda atanın davasından uşaqları zərər çəkdi:

Bakıda iki azyaşlı qardaş yanıq xəsarətləri alıb.

Son.az Oxu.az-a istinadən bildirir ki, hadisə Xəzər rayonu, Binə qəsəbəsində qeydə alınıb.

Belə ki, qəsəbə sakini T.Əbdurrəhmanov yaşadığı evdə keçmiş bacanağı ilə münaqişə edib.

Hadisə zamanı qaynar çaydanın dağılması nəticəsində T.Əbdürrəhmanovun 5 və 6 yaşlı uşaqları yanıq xəsarətləri alıb.

Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.

Son.az