Qəhvənin beyin funksiyası üçün faydaları açıqlanıb


Digərləri 22 Noy 2021 08:15:00 125 0

Qəhvənin beyin funksiyası üçün faydaları açıqlanıb

Çinin Tianjin Tibb Universitetinin alimləri qəhvə və ya çay içməyin insult və demensiya riskini azaltdığl qənaətinə gəliblər.

Son.az Trend-ə istinadən bildirir ki, araşdırmalar nəticəsində bioloqlar qəhvənin beyin funksiyası üçün faydalarını aşkar ediblər. Onlar 365 682 nəfərin məlumatlarını öyrəniblər. 2006-2010-cu illərdə eksperimentdə iştirak etmək istəyənləri seçib, könüllülərin məlumatları 2020-ci ilə qədər qeydə alınıb.

Toplanmış məlumatları təhlil etdikdən sonra alimlər belə qənaətə gəliblər ki, gündə iki-üç stəkan qəhvə və ya üç-beş stəkan çay içən (və ya hər ikisi gündə altı stəkana qədər içən) insanlarda insult və demensiya riski daha az olur. Onlarda insult riski 32 %, demensiya riski isə 28 faiz az olub.