Övladı ilə birlikdə intihar etdiyi deyilən Aytəndən xəbər var FOTO


Digərləri 28 Okt 2021 18:30:00 123 0

Övladı ilə birlikdə intihar etdiyi deyilən Aytəndən xəbər var  FOTO

Xəbər verdiyimiz kimi, 30 avqust tarixində Bakının Səbail rayonunda dəhşətli ailə faciəsi baş verib. Badamdar qəsəbə sakini 1997-ci il təvəllüdlü Aytən Niftəliyeva və onun 1 yaşlı qızı Tahirə Niftəliyeva 4-cü mərtəbədən yıxılraq ölüb.

Mərhumun anası Mehriban Süleymanova sonxeber.az-a açıqlama verib.

O bildirib ki, hazırda istintaq davam edir:

"İşimizə baxırlar, istintaq gedir və vəkildən xəbər gözləyirik. Hələ ki, nəticə görmürük. Mən keçmiş kürəkənimdən prokurorluğa şikayət ərizəsi yazmışam, lazım olan hər yerə müraciət etmişəm. Artıq məktublarıma cavab da gəlib.

Qızım özünə gələndən sonra izahat verdi. Hadisənin necə baş verdiyi barədə danışdı. Qonşuların adından deyilmişdi ki, güya uşağı atıb, sonra özü də intihar edib. Bu isə inandırıcı deyildi, çünki atmaq istəsəydi, elə ana-bala ikisi birlikdə atılardı. Kim südəmər uşağı atıb sonra özünü atar?!

Qızım gözlərini açanda, elə olmadığını bildirdi. Dediyi bütün sözləri vəkilə çatdırmışıq, məlumat istintaqa təqdim olunub.

Yoldaşı deyib ki, axırıncı dəqiqələrini uşaqla keçirtsin. Qızım ondan otaqdan çıxmasını istəyib və səsinin ona pis təsir etdiyini deyib. Daha sonra özü uşağı götürərək otaqdan çıxıb. Mübahisə ediblər. Hər iki tərəf uşağı özünə çəkməyə çalışıb. Daha əvvəllər də nəvəmi qızımdan ayırmağa çalışıblar. Yoldaşı dəfələrlə deyib ki, Aytən getsə, tək gedəcək, uşağı ona verməyəcək.

Qızım uşağı çəkəndə körpə əlindən düşüb, əyilib baxanda özü də sürüşüb, amma daha sonra arxadan onu itələyiblər. Qızım ölmək istəmədiyini deyərək köməyə çağırıb, lakin yoldaşı onu ele oradaca qoyub gedib və qızım yıxılıb.

Mənə zəng edib "Gəl, qızını apar" dedilər. Mən övladımı evə gətirmək üçün gedirdim, amma oraya çatan vaxt artıq hadisə baş vermişdi.