Bu binanın sakinləri həyəcan keçirir


Digərləri 28 Okt 2021 14:34:00 121 0

Bu binanın sakinləri həyəcan keçirir

Yağan güclü yağış Bakıda yaşayış binalarından birinin tavanının uçmasına səbəb olub. Yağış səbəbindən tavandan qopan daş parçaları pilləkanlərə tökülüb. Hər gün onlarla sakin pilləkanlardan istifadə edərkən həyəcan keçirir. Çünki daş parçaları onların üzərinə düşə və xəsarət yetirə bilər. Sakinlər məsələ ilə bağlı aidiyəti qurumlara müraciət etdiklərini deyirlər. Cavabdeh qurumun  məsələyə münasibətini isə  sujetdən izləyə biləcəksiniz. 

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, gecə saatlarında binanın tavanından daş parçaları qoparaq tökülüb. 

Hadisə Bakıda, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində baş verib. Əhməd Mehbalıyev 38 ünvanındakı 5 mərtəbəli yaşayış binasının sonuncu mərtəbəsində pilləkənlərin üzərindəki tavandan qopan irili-xırdalı daşlar pilləkənlərin üzərinə düşüb.. Xoşbəxtlikdən hadisə səhərə yaxın baş verib və insanların evlərində olması səbəbindən xəsarət alan olmayıb.

Sakinlər bildirirlər ki, binanın dam örtüyündə illərdir problemlər var. Xüsusilə yağan yağış içəri damcılayır. Ötən gün yağan güclü yağış isə vəziyyəti daha da pisləşdirib. (kadr-417)