Tatu insan sağlamlığı üçün təhlükəlidir


Digərləri 28 Okt 2021 14:46:00 96 0

Tatu insan sağlamlığı üçün təhlükəlidir

Özünüifadə, fərqlilik, yoxsa dəb.... 

Son zamanlar döymələrə maraq artıb. Xüsusilə gənclər buna daha çox meyl edirlər. Tatu ustası Ülvi Abilovun sözlərinə görə, müştəriləri əsasən 18-40 yaş aralığında olan insanlardı.Kişilər daha çox qol və sinə, qadınlar isə bilək və topuq nayihəsində döymə etdirirlər. Tatuların rəngi və forması da zövqə görə dəyişir.

Son.az Xəzər TV-yə istinadən xəbər verir ki, döyməyə ən çox gənclərin maraq göstərməsi səbəbsiz deyil. Psixoloq Aidə Nəbiyevadeyir ki, bəziləri tatunu özünü ifadəetmə üslubu hesab edir. Bir çoxları isə bunu, sadəcə dövrün dəbi kimi başa düşür.

Cəmiyyətdə də tatuya münasibət fərqlidir. 

Dermotoloq Ramil Qocayevin deyir ki, təyinatı üzə istifadə edilmədikdə tatular bir çox təhlükəli xəstəliklərə səbəb ola bilər.