Elşad Miri seyidləri iblislə müqayisə etmişdi


Digərləri 28 Okt 2021 10:44:00 91 0

Elşad Miri seyidləri iblislə müqayisə etmişdi

Dini Qurumlarla iş üzrə Dövlət Komisətsinin sədr müavini Gündüz İsmayılov sosial şəbəkədə yazdığı statusda dinşünas Elşad Mirinin "Islamda yoxdur" kitabinin idxalına izacə verilmədiyini bildirib.

Son.az xəbər verir ki, qurumun rəsmisi səbəb kimi kitabda Elşad Mirinin seyidləri Iblislə müqayisə etməsi olduğunu yazıb. "Mən qanun və vicdanim qarşisinda rahatam. Çunki əminəm ki, seyidi və ya başqa bir insani Iblislə müqayisə etmək həm qanun, həm də etik baximdan qəbuledilməzdir. Zatən, bu mövqeyi ölkə məhkəmələri də haqli sayib. Əgər Avropa məhkəməsi desə ki, yox, Elşad Miri düz edib seyidləri Iblislə müqayisə edib, artiq buna deyəcək bir sözüm yoxdur. Uzaq başı Hüseyn Cavidin "Iblis"ini tərcümə etdirib onlara göndərə bilərəm.

Elşad Mirinin iddialarina ciddi, amma etiraf edim ki, onun səmimi olmadiği vaxtlarda bəzən yarizarafat, hətta ironiya və sarkazmla cavab vermişəm. Fikirləşmişəm ki, Elşad Miridir də, Elşad Miri belə olur. Cəmiyyətdə Elşad Miri kimisinin də olması lazımdir. Amma dünənki debatdan sonra çox təəccübləndim. Deyirdilər ki, Elşad Miri ərəb dilini bilmir, inanmırdım. Fikirləşirdim ki, onu sevməyənlər bunu deyə bilər. Necə ola bilər ki, ərəbcəni yaxşi bilmədən Elşad Miri Qurani-Kərimi tərcümə edir, hətta Vasim Məmmədəliyevin tərcüməsində səhv tutur? Amma yanılmışam.

Elşad Miri dünən özü etiraf etdi ki, ərəbcə danışa bilmir və bunu heç vaxt gizlətməyib. Təsəvvür edin ki, ingilis dilini normal bilmədən Şekspiri tərcümə edirsiz. Dəhşətdir! Çox vaxt qınayırıq ki, bəzi mollalar ərəbcəni bilmir, Quranı necə gəldi oxuyurlar. Ərəbcə yaxşi danışa bilməyən, amma Quranı tərcümə edən dinşünas görəndən sonra mollaya nə deyəsən ki?! Mən demirəm ki, dinşünaslar ərəbcə bülbül kimi cəh-cəh vurmalıdır, yox. Deyirəm ki, məhz Quranı tərcümə edən dinşünaslar həm ərəb dilini, həm də dini mükəmməl bilməlidirlər", deyə Gündüz İsmayılov yazıb.