Şimal Axını2 gedişatı dəyişə bilməyəcək


Dünya 28 Okt 2021 09:24:00 110 0

Şimal Axını2 gedişatı dəyişə bilməyəcək

Şimal Axını-2 layihəsinin istismara verilməsi qlobal enerji bazarında mövcud vəziyyətin qismən həllinə kömək edə bilər, lakin bir layihənin gedişatı dəyişdirə biləcəyi ehtimalı azdır.

Son.az axar.az-a istinadən xəbər verir ki, bu açıqlama ilə amerikalı ekspert Rayan Sitton çıxış edib.

"Ayrı-ayrılıqda onlar (boru kəmərləri - red.) bazara əlavə çıxış yaradırlar. İnanıram ki, bu, kömək edəcək, amma sonda bu, hələ də tələb və təklif problemidir. Bilmirəm, hansısa yeni boru xətti olacaq, yoxsa necə. Ancaq bu layihə axını döndərəcək vəziyyətdədir", - Sitton qeyd edib.