Antibiotiklər ağır allergik reaksiyalar verə bilər Nazirlik rəsmisi


Digərləri 27 Okt 2021 23:15:00 134 0

Antibiotiklər ağır allergik reaksiyalar verə bilər  Nazirlik rəsmisi

"Koronavirusla əlaqədar hər kəs stressdədir və lazım gəldi-gəlmədi antibiotikdən istifadə edir. Uşaqlara həkim təyinatı olmadan antibiotik vermək olmaz".

Son.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Səhiyyənin Təşkili şöbəsinin məsləhətçisi Aynurə Zeynalova canlı yayımda sualları cavablandırarkən deyib. O bildirib ki, antibiotiklərin özü allergik reaksiya verə bilər və bəzi hallarda bu, daha ağır fəsadlara gətirə bilər:

"Elə antibiotiklər var ki uşaqlara olmaz. Bu mədə-bağırsaq sistemində xəstəliklər yarada bilər. Bağırsaq florası pozula bilər. Hər hansı vitamin və antibiotiki uşaqlara məhz həkim təyin etməlidir. Uşaqların sağlamlığını qorumaq üçün ilk növbədə valideynlər uşaqları düzgün qida rasionuna öyrətməlidirlər. Kimyəvi tərkibli dərman və vitaminlərdən çox sağlam qidalanma önəmlidir". /medicina.az