İsrail təyyarəsi ƏrRiad aeroportuna ilk dəfə eniş edib


Dünya 27 Okt 2021 21:05:00 127 0

İsrail təyyarəsi ƏrRiad aeroportuna ilk dəfə eniş edib

Oktyabrın 26-da İsrailə məxsus təyyarə Ər-Riadın hava limanına eniş edib. Bu, İsraildən Səudiyyə Ərəbistanına ilk reys kimi tarixə düşüb.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, İsraillə Səudiyyə Ərəbistanı arasında diplomatik əlaqələr olmadığı üçün indiyədək ölkələr arasında kommersiya hava daşımaları həyata keçirilmirdi.

Qeyd edək ki, ötən il ABŞ-ın vasitəçiliyi ilə Birləşmiş Ərəb Əmirlikləri və Bəhreyn İsraillə diplomatik münasibətlərin qurulmasına dair müqavilə imzalayıb. Sonradan Sudan dövləti də İsraillə münasibətləri normallaşdırmağa razılıq verib. Həmçinin İsrail və Səudiyyə Ərəbistanı öz hava məkanını bir-birinin üzünə açıb.

Bundan öncə İsraillə diplomatik əlaqələrə yalnız iki ərəb ölkəsi - Misir (1979) və İordaniya (1994) malik idi.