Rusiyada koronavirusdan ən yüksək ölüm statistikası qeydə alınıb


Dünya 27 Okt 2021 17:12:00 107 0

Rusiyada koronavirusdan ən yüksək ölüm statistikası qeydə alınıb

Rusiyada son sutka ərzində 1 123 nəfər koronavirusdan vəfat edib ki, bu da pandemiya dövründə Rusiyada qeydə alınan növbəti ən yüksək göstərici olub.

Son.az Trend-ə istinadən bildirir ki, bugünədək ölənlərin sayı isə 233 898 nəfərə çatıb. Oktyabrın 26-də 1 106 nəfər virusun qurbanı olmuşdu.

Eyni zamanda ölkədə son sutkada 36 582 nəfər koronavirusa yoluxub.

Bugünədək Rusiyada koronavirusa yoluxanların sayı 8,35 milyon nəfəri ötüb.