Orqanizmin təmizlənməsi


Digərləri 05 Okt 2021 23:50:00 150 0

Orqanizmin təmizlənməsi

Xarici mühitdən insan orqanizminə hər gün viruslar, infeksiyalar, allergenlər, parazitlər, toksinlər, şlaklar və s. ziyanlı maddələr və orqanizmlər düşür və orada yığılır.

Bunun nəticəsində insanın immun sistemi zəifləyir və insan daha tez-tez və daha ağır soyuqdəymə xəstəliklərinə tutulur, allergiyalar, mədə-bağırsaq sistemi pozulmaları  inkişaf edir, dərinin, saçların vəziyyəti pisləşir, insan özünü daim yorğun, zəif hiss edir və s.

Bizim ulu əcdadlarımız təbabətin gücünü istifadə edir, orqanizmi təmizləyirdilər. Bunun üçün müxtəlif vasitələr istifadə olunurdu. Bu vasitələrin bir çoxunu ənənəvi tibb də qəbul edir və dəstəkləyir. Beləliklə,

- Ən sadə və eyni zamanda ən təsirli vasitə aclıqdır. 12 saat ərzində qida və maye qəbulundan imtina edən insanın orqanizmi əsaslı şəkildə təmizlənir. Bunu həftədə 1 dəfə etmək lazımdır.

- Sübh tezdən 2-3 stəkan ilıq təmiz su içmək lazımdır. Qidanı bir neçə saatdan sonra qəbul edə bilərsiniz.

- Xalq təbabətində orqanizmi təmizləmək üçün çox təsirli vasitələr var. Bu vasitələrin arasında ən populyar vasitə sarımsaq və limon qarışığıdır.

400 qr sarımsaq xırda doğranılır və ya ətçəkən maşınından keçirilir. Daha sonra ora 4 limonun şirəsi sıxılır, qarışdırılır, şüşə bankasına yığılır və 1 gün ərzində saxlanılır. Bu vasitənin 1 çay qaşığını 1 stəkan qaynanmış ilıq suda qarışdırın və hər gün yatmazdan əvvəl qəbul edin.