Hüseyniyyə məscidi COVİD19 virusuna görə bağlanıb DİN
Digərləri 05 Okt 2021 15:36:00 145 0
Bakıda fəaliyyət göstərən Hüseyniyyə məscidi bağlanıb.
Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin rəhbəri polis polkovniki Ehsan Zahidov Trend-ə açıqlamasında bildirib ki, təhlillər nəticəsində müəyyən edilib ki, şəhərin bir neçə yerində son günlər COVID-19 virusuna yoluxanların sayı artıb:
"Həmin yerlərdən də birinin Hüseyniyyə məscidi olduğu məlum olub. Buna görə də həmin yerlər, o cümlədən də məscidin fəaliyyəti dayandırılıb. Hazırda orada epidemioloji xidmət tərəfindən müvafiq tədbirlər görülür".
Mənbə: milli.az