Bu gündən Nobel həftəsi başlayır


Digərləri 05 Okt 2021 09:06:00 91 0

Bu gündən Nobel həftəsi başlayır

Növbəti Nobel həftəsi bu gündən etibarən Stokholmda fiziologiya və tibb sahəsində laureatın adının açıqlanması ilə açılacaq. Digər nominasiyalar üzrə mükafatların sahibləri də yaxın günlərdə açıqlanacaq.

Son.az oxu.az-a istinadən xəbər verir ki, belə ki, oktyabrın 5-də Nobel Fizika Komitəsinin qərarı açıqlanacaq, oktyabrın 6-da kimya, oktyabrın 7-də ədəbiyyat və oktyabrın 8 də Sülh Mükafatı laureatının adı veriləcək.

1968-ci ildə İsveç Dövlət Bankı tərəfindən təsis edilən Alfred Nobelin xatirəsinə iqtisadiyyat üzrə mükafatın sahibi oktyabrın 11-də müəyyən ediləcək.