Taliblər hakimiyyətə gələndən Kabildə kitabxanaların 95 faizi bağlanıb


Dünya 05 Okt 2021 10:18:00 161 0

Taliblər hakimiyyətə gələndən Kabildə kitabxanaların 95 faizi bağlanıb

Əfqanıstanın paytaxtında son iki ayda kitabxanaların, kitab mağazalarının və nəşriyyatların ən azı 95 faizi bağlanıb.

Son.az oxu.az-a istinadən xəbər verir ki, bu addım maddi çətinliklərlə izah edilir.

"Mövcud vəziyyət kitab satan və nəşr edənləri dalana dirəyib. Adi çörək və paltar üçün pulu olmayan insanlar indi sadəcə kitab hayında deyillər", - deyə Əfqanıstan Nəşriyyatçılar Birliyinin prezidenti Əhməd Səid bəyan edib.

Kabildə mütəmadi olaraq keçirilən kitab sərgilərinin təşkilatçıları bildiriblər ki, son hadisələrlə əlaqədar alıcıların sayı ən azı 90 faiz azalıb, bölgələrdə isə bu rəqəm daha da çox ola bilər.

"İnsanlar təkcə iqtisadi deyil, həm də mədəni böhran yaşayır, bu, inkişafımız üçün böyük fəlakətdir", - deyə Əfqanıstan şairi və yazıçısı Cavid Fərhad bildirib.

Məlumata görə,  radikal Taliban hərəkatı Əfqanıstanda hakimiyyəti ələ keçirməzdən əvvəl ölkədə 180 nəşriyyat evi (onlardan 90 -ı Kabildə idi) və 525 kitab mağazası (280 Kabildə) fəaliyyət göstərirdi.