Anoreksiya


Digərləri 05 Okt 2021 07:31:00 102 0

Anoreksiya

Anoreksiya nevrosa - xüsusilə gənc qadınlarda rast gəlinən, yeməkdən imtina, yuxuya ehtiyacın azalması, buna baxmayaraq patoloji hiperaktivlik kimi əlamətlərlə xarakterizə olunan psixonevrogen bir pozulmadır.

Xəstəlik əsasən yeniyetməlik dövründə, çox nadir hallarda isə orta yaşlarda başlayır. Belə xəstələr öz bədən quruluşlarından məmnun olmur, kökəlməkdən çox qorxur və əslində belə olmasa da çox kök olduqlarını düşünürlər. Başlanğıcda arıqlamaq üçün müxtəlif pəhrizlər tutur, sonralar iştahları itir və həzmi pozulur, həddən artıq arıqlamağa başlayırlar.

Hal hazırda anoreksiyaya artıq təkcə qadınlarda deyil, kişilərdə də rast gəlinir. Belə ki, xəstəlik əhalinin 0.5 - 1%-ndə görünür və xəstələrin  95 %-i 12-20 yaş arası qızlar olur.

Anoreksiyaya səbəb olan amillər arasında sosial faktorlar əsas yer tutur. Insanların beyninə oturan "Arıqsansa yaxşı görünürsən" fikri xəstəliyin son illərdə bu qədər vüsətlə yayılmağına səbəb olub. Bundan başqa bəzi ailəiçi problemlər və psixoloji sıxıntılar da səbəb olaraq göstərilir. Anoreksiya nevrosa diaqnozunu qoymaq üçün xəstədə aşağıda sadalanan əlamətlər olmalıdır:

- Bədən çəkisinin yaş normasından 15% və daha çox əskik olması

- Arıq olmasına baxmayaraq kökəlməkdən həddən ziyadə qorxması

- Özünü düzgün qiymətləndirməməsi

- Qadınlarda amenoreya (ən azı 3 ay müddətində menstruasiyanın olmaması)

- Kişilərdə libidonun zəifləməsi

Onu da qeyd edim ki, belə xəstələr mükəmməlliyi sevir və işlərində çox nailiyyətlər əldə edirlər.

Anoreksiya iki formada özünü büruzə verir: