Britaniyada koronavirusdan ölənlərin sayı 137 minə çatır


Dünya 05 Okt 2021 08:13:00 112 0

Britaniyada koronavirusdan ölənlərin sayı 137 minə çatır

Böyük Britaniyada ötən sutka ərzində koronavirusa 35 077 yoluxma halı qeydə alınıb.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə ölkənin Səhiyyə Nazirliyindən bildiriblər.

Məlumata əsasən, ölkədə koronavirusa yoluxanların ümümi sayı 7 934 936 nəfərə çatıb.

Bildirilir ki, ötən sutkada koronavirusdan 33 nəfər, hazırkı dövrədək isə 136 986 nəfər vəfat edib.