Afrikada koronavirusa yoluxanların sayı 8,34 milyona çatır


Dünya 04 Okt 2021 22:04:00 110 0

Afrikada koronavirusa yoluxanların sayı 8,34 milyona çatır

Afrikada koronavirusa yoluxanların sayı 8,34 milyona çatır.

Son.az Trend-ə istinadən xəbər verir ki, bu barədə Afrikanın Xəstəliklərə Nəzarət və Profilaktikası Mərkəzlərindən bildiriblər.

Məlumata əsasən, sentyabrın 5-i üçün Afrikada koronavirusa 8 339 857 nəfər yoluxub. Hazırkı dövrədək koronavirusa yoluxanlardan 212 322 nəfəri vəfat edib, 7 681 075 nəfəri isə sağalıb.

Qeyd edilir ki, ən çox yoluxma halları Cənubi Afrika Respublikasında, Mərakeşdə, Tunisdə və Efiopiyada qeydə alınıb.