Sosial şəbəkələrin işində problem yarandı YENİLƏNİB


Digərləri 04 Okt 2021 22:20:00 140 0

Sosial şəbəkələrin işində problem yarandı  YENİLƏNİB

22:20

"Facebook", "Instagram" və "WhatsApp" tətbiqlərinə girişdə problem yaşanıb.

Son.az Trend-ə istinadən bildirir ki, məsələ ilə bağlı sosial şəbəkələr ortaq açıqlama yayıb. Açıqlamada deyilir:

"İstifadəçilərimizin tətbiqlərimizə daxil olmaqda problem yaşadıqlarının fərqindəyik. Problemi ən qısa zamanda həll etmək üçün çalışırıq və yaranmış narahatlığa görə üzr istəyirik".

---------

20:25

Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bildirir ki, problem lokal deyil, qlobal xarakter daşıyır.

-------

19:50

Azərbaycanda sosial şəbəkələrin işində problem yaranıb.

Son.az "qafqazinfo"-ya istinadən xəbər verir ki, istifadəçilər "Facebook", "Instaqram" sosial şəbəkələrinə giriş edə, "Whatsap" tətbiqindən istifadə də bilmirlər.

Problemin səbəbi hələlik açıqlanmayıb.