Sevda və ərinin Maldiv macəraları


Şou-biznes 04 Okt 2021 17:24:00 136 0

Sevda və ərinin Maldiv macəraları

Müğənni Sevda Yahyayeva və həyat yoldaşı Zakir Bayramov Maldiv istirahətinə yollanıb.

Son.az axşam.az-a istinadən xəbər verir ki, sənətçi gəzintidən görüntülərini sosial şəbəkədə izləyiciləri ilə bölüşüb. Sevda paylaşımlarından birinə "Arzularının arxasınca qaçdığın zaman onlara çatmaq mümkündür" sözlərini yazıb.

İfaçı dayvinqə getdiyi anın görüntülərini də paylaşıb. Sevda daha sonra həşəratların çox olduğunu, qorxduğunu və onlardan qaçmaq üçün ağaca çıxdığını bildirib və həmin anı lentə alıb.

Yahyayeva Maldivdə "Sevdiyim" mahnısına klip də çəkib.