Əlcəzair öz hava məkanını Fransa hərbi təyyarələri üçün bağladı


Dünya 04 Okt 2021 10:48:00 123 0

Əlcəzair öz hava məkanını Fransa hərbi təyyarələri üçün bağladı

Əlcəzair Fransa hərbi təyyarələrinin öz hava ərazisi üzərindən uçmasını qadağan edib.

Son.az oxu.az-a istinadən xəbər verir ki, fransalı hərbçilər Malidə "Barhan" əməliyyatınə məhz Əlcəzairin hava məkanından istifadə etməklə həyata keçirirdilər.

Fransa 2013-cü ildən bəri Malidə olan silahlı qruplara qarşı müntəzəm hərbi əməliyyatlar həyata keçirir.

Qeyd edək ki, Əlcəzair və Paris arasında əlaqələr Fransa Prezidenti Emmanuel Makronun keçmiş müstəmləkələr barədə çıxışından sonra kəskinləşib.

E. Makron cümə axşamı Əlcəzairdə müstəqillik uğrunda mübarizəyə qarşı döyüşmüş fransızların nəvələri ilə görüşdə deyib ki, Əlcəzairin rəsmi tarixi həqiqətlərə əsaslanaraq deyil, Fransaya nifrət üzərində yazılıb.