Yəməndə husilərin atəşi nəticəsində onlarla dinc sakin yaralanıb, ölənlər var


Dünya 04 Okt 2021 10:24:00 130 0

Yəməndə husilərin atəşi nəticəsində onlarla dinc sakin yaralanıb, ölənlər var

Yəməndə husilər Marib əyalətinin şimalını ballistik raketlərdən atəşə tutub.

Son.az report-a istinadən bildirir ki, bu barədə ölkənin rəsmi xəbər agentliyi SABA bildirib.

Məlumata görə, üsyançılar dinc sakinlərin yaşadığı Er-Ravda yaşayış məntəqəsini hədəf seçiblər. Hücum nəticəsində 2 uşaq həlak olub, həmçinin 5-i uşaq, 4-ü qadın olmaqla, 33 dinc sakin yaralanıb. Atəş nəticəsində ərazidəki 12 evə zərər dəyib.

Husilər atəşlə bağlı hər hansı açıqlama verməyiblər.