Çində daşqın təhlükəsi səbəbindən 4,4 min nəfər təxliyə olunub


Dünya 04 Okt 2021 09:00:00 102 0

Çində daşqın təhlükəsi səbəbindən 4,4 min nəfər təxliyə olunub

Çin təcili yardım xidmətləri Lyaonin vilayətinin şimal-şərqində daşqın təhlükəsi səbəbindən 4430 nəfəri təxliyə edib.

Son.az Trend-ə istinadən bildirir ki, bu barədə Çinin Mərkəzi Televiziyası xəbər verib.

Məlumata əsasən, şiddətli yağışlar səbəbindən vilayətdəki 13 kiçik su anbarında suyun göstəriciləri həddini aşıb. Əksər sakinlər Anşan və Benxi şəhər qəzalarında təxliyyə olunub.

Yağıntıların çox olması vilayətin dağlıq ərazilərində sel və sürüşmələrə səbəb olub.